Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis

Bakı

Azərbaycan İnvestisiya Holdinqi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Layihələrin vaxtlı-vaxtında icrasının təmin edilməsinə nəzarət, gecikməyə səbəb ola biləcək amillərin proaktivlik nümayiş etdirməklə və kommunikasiya təmin etməklə aradan qaldırılması;
  • Layihə müddətində risklərin izlənilməsi;
  • Layihənin icra statusunu göstərən cədvəllərin, qrafiklərin və s. qurulması və dizaynı;
  • Layihə dəyişikliklərinin icra müddətinə təsirinin müəyyən edilməsi istiqamətində onun kritik mərhələlərinin və məhdudiyyətlərinin nəzərdən keçirilməsi və təsirlərin azaldılması istiqamətində tövsiyələrin verilməsi;
  • Dəyişikliklərin idarə olunması və nizama salınması üzrə kommunikasiya təmin edilməklə prosesin dəstəklənməsi;
  • Biznes proseslərinin həyata keçirilməsi və təkmilləşdirilməsi ilə bağlı bütün aspektlərə nəzarət və təkmilləşdirilmə istiqamətində həll yolları və təkliflər verilməsi;
  • Biznes proseslərində dəyişikliklərin təhlili və monitorinqinin aparılması;
  • Hesabatların hazırlanması və yeniliklərin rəhbərliyə təqdim edilməsi;
  • Layihələr üzrə rəhbərliklə görüşlərin təşkili və koordinasiyası.
  • Son müraciət tarixi 30 sentyabr 2022-ci il

Xüsusi tələblər

  • Ali təhsil (menecment, biznesin idarə edilməsi və s. əlaqəli sahələr);
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Güclü təşkilatçılıq bacarıqları;
  • Bir neçə tapşırıq üzərində eyni zamanda işləmək bacarığı;
  • Həm kiçik, həm iri miqyaslı layihələrə rəhbərlik etmək;
  • Görüşlərin təşkil edilməsi və aparılması bacarığı;
  • Büdcə daxilində yüksək keyfiyyətli nəticələrin əldə olunması;
  • MS Office və layihənin idarə olunmasına aid proqramlardan yaxşı istifadə bacarığı;
  • Yüksək səviyyədə yazı və ünsiyyət bacarıqları;
  • Proseslərin idarə olunması sahəsində təcrübə (arzuolunandır);
  • Maliyyə və mühasibatlıq sahələrində yaxşı səviyyədə biliklərə sahib olmaq (arzuolunandır);
  • PMP sertifikatına sahib olmaq (arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (mükəmməl).

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız