Kredit Yoxlanışı üzrə İşçi (Ağsu)

Ağsu

FINCA Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan  əmin olmaq;
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;
  • Şirkətin təqdim etdiyi Güzəşt və Əsas İş Şəraiti bundan ibarətdir:
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 – 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Peşəkar beynəlxalq iş mühiti

              Xüsusi tələblər

              • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
              • İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
              • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
              • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
              • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
              • Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
              • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;
              • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;

              Telegram kanalımız