Yükləyici sürücüsü (Zərdab)

Zərdab

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi təhlükəsizlik qaydalarına və prosedurlarına uyğun olaraq icra etmək;
  • Verilmiş istehsalat tapşırığı daxilində yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək və yüklərin yerini dəyişmək;
  • İdarə etdiyi texnikada istənilən zədə, nasazlıq aşkar etdikdə sahə rəhbərinə məlumat vermək;
  • Akkumulyatorların sazlığı da daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlamaq;
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Texnikanın və avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  •  İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etməklə işə hazırlaşmaq;
  • İşlərin ardıcıllığını planlaşdırmaq;
  • Xidmət barədə hesabatı rəhbərliyə çatdırmaq;
  • Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Xüsusi tələblər

  • Orta ixtisas təhsili;
  • Bu sahədə ən az 1 il iş təcrübəsi;
  • Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması;
  • Diqqətli, çevik və məsuliyyətli olmaq;
  • Təhlükəsiz iş icra etmə metodlarını yaxşı bilməlidir;
  • İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır;
  • Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır; 
  • Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır.


Telegram kanalımız