Metallurq / Çovdar filiz emalı sahəsi

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
  • Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək;
  • Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
  • Qızıl axınının ölçülməsinə nəzarət;
  • Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
  • Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək;
  • Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
  • Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
  • Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
  • Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
  • Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
  • Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
  • Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək;
  • • Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
  • Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
  • Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
  • Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
  • Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
  •  Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;

Xüsusi tələblər

  • Müvafiq qanunvericilik aktları və normalarını;Hasilat norma və qaydalarını bilməli;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.


Telegram kanalımız