Böyük elektrik mexaniki (Saatlı)

Saatlı

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşləyən briqadaların işinə rəhbərlik etmək və yerinə yetirilən işlərin hesabatını aparmaq; 
  • Dartı yarımstansiyasını və ötürücü elektrik xəttini cari saxlamaq, təmir işlərini planlaşdırmaq və rəhbərlik etmək; 
  • Naryad sistemini aparmaq, plan xəbərdarlıq işlərinin təsdiq olunmuş cədvələ uyğun yerinə yetirilməsinə nəzarət etmək; İllik plana əsasən dartı yarımstansiyasının güclənməsinə və rekonstruksiya edilməsinə rəhbərlik etmək; Təhlükəsiz iş şəraitini təmin etmək; İşin icrası üçün naryad yazmaq, qatarlara xəbərdarlığın və elektik montyorlarının təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə təlimat vermək; Özü şəxsən işdə iştirak etməklə elektrik montyorlarına iş yerində rəhbərlik etmək; Təhlükəsizlik texnikası qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək; Dartı yarımstansiyasının saxlanma qaydalarına əsasən dartı yarımstansiyasına və elektrik ötürücü xətlərinə nəqliyyatla və piyada baxış keçirmək; Aşkar olunmuş nasazlıqları aradan qaldırmağı təşkil etmək; Gündəlik mühafizə və iş alətlərini yoxlamaq, lazım gəldikdə onların dəyişdirilməsini təmin etmək; Materialların, alətlərin yararsızlarını aşkar etmək və inventarların düzgün saxlanmasını və işlədilməsini təmin etmək; Dartı yarımstansiya rəisi işdə olmadıqda, onu əvəz etmək.
  • Ünvan Saatlı şəhəri, M.F.Axundov küçəsi

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Bakalavriat
  • Sahə üzrə iş təcrübəsi 3 il
  • Dartı yarımstansiya qurğularının texniki istismar qaydaları; Xidməti ərazidə stansiyaların texniki sərəncam aktları, operativ heyətlə hər cür rabitə əlaqəsi saxlanması vasitələri, dartı yarımstansiya xətlərinin qidalanma və seksiyaya ayrılma sxemləri; Dartı yarımstansiyanın saxlama, istismar və texniki təhlükəsizlik qaydaları, qatarların hərəkət təlimatı, siqnalizasiya və dəmir yolunun texniki istismarı təlimatı, dartı yarımstansiyanın çətin və yüksək təhlükəli yerlərdə iş icrasının üsulları, dartı yarımstansiyasında baş vermiş qəzaların aradan qaldırılması təlimatı; İşçilərin vəzifə və peşələrinin tarif dərəcə xüsusiyyətləri.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Problem həlletmə
  • Qərar qəbuletmə
  • Diqqətlilik
  • Komputer bilikləriMS Office-yaxşı

Telegram kanalımız