Şöbə müdiri

Bakı

Səhiyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nazirliyin Ümumi şöbəsinin fəaliyyətini təşkil etmək və planlaşdırılmaq;
  • Dövlət orqanlarından və təşkilatlardan poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə, habelə bilavasitə icra, baxılma və viza verilməsi üçün Nazirliyin Aparatına daxil olan sənədlərin, məktubların və digər rəsmi müraciətlərin qəbulunu, “Elektron sənəd dövriyyəsi” sistemi üzrə qeydə alınmasını, aidiyyət üzrə icra üçün Nazirliyin struktur bölmələrinə göndərilməsini təşkil etmək;
  • Daxil olmuş vətəndaş müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmasını, Nazirliyin fəaliyyəti istiqamətinə aid olmadığı halda aidiyyəti üzrə göndərilməsini və bu barədə vətəndaşın məlumatlandırılmasını təmin etmək;
  • Nazirlikdə vətəndaşların qəbulunu təşkil etmək;
  • Nazirlikdə kargüzarlığın, elektron sənəd dövriyyəsinin aparılmasında təşkilati, əməli-metodiki rəhbərliyi və cari nəzarəti həyata keçirmək;
  • Nazirlikdə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, səlahiyyətləri çərçivəsində sənədlərin vaxtında icrasına cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil etmək;
  • Təcili, xüsusi əhəmiyyətli sənədlərə, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına cari nəzarət etmək;
  • Kargüzarlıq sahəsində təşkilatı-sərəncamverici sənədlərin layihələrini hazırlanmaq, Nazirlikdə elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Şöbəyə icra üçün daxil olan sənədlərin baxılmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlamaq və hesabatlar üzrə təhlili rəhbərliyə təqdim etmək;
  • Vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişləri, eləcə də şöbənin fəaliyyət istiqamətlərinə uyğun qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
  • Aylıq vəzifə maaşı 1470

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız