Şöbə müdiri (İnformasiya texnologiyaları şöbəsi)

Bakı

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin işinə ümumi rəhbərlik edilməsi, şöbənin vəzifələrinin icrası barədə rəhbərliyə mütəmadi məlumatlar verilməsi;
  • "Xəzinədarlığın informasiya idarəetmə sisteminin inkişafı" və "Texniki dəstək" sektorlarının fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi;
  • Şöbənin strukturuna daxil olan bölmələrin işinin əlaqələndirilməsi, cari məsələlərin müzakirəsi üçün mütəmadi iclaslar keçirilməsi, direktiv orqanlardan, rəhbərlikdən və digər icra orqanlarından daxili olan sərəncam, əmr, tapşırıqlardan irəli gələn məsələlərin, Kollegiya qərarlarının, eyni zamanda məktubların icrasının vaxtında təmin edilməsi üçün onları müvafiq qaydada şöbənin aidiyyəti işçilərinə ünvanlanması, göndərilən məktubların imzalanması;
  • Agentliyin elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak edilməsi;
  • Agentliyin vahid kompüter şəbəkəsinin xidmətlərindən istifadənin təkmilləşdirilməsi işlərini və elektron sənəd dövriyyəsinin fasiləsizliyinin təşkil edilməsi;
  • yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu sistemlərin tətbiq planının hazırlanması;
  • Agentliyin sisteminə aid avadanlıqlarda baş vermiş texniki nasazlıqların aradan qaldırılması və daimi işlək vəziyyətdə saxlanılması;
  •  Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin, habelə şöbənin fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin görülməsi;
  • İşçilərin ixtisasının artırılması və onların peşə hazırlığının təmin edilməsi üçün Dövlət Xəzinədarlığı Agentliyinin rəhbərliyinə təkliflər verilməsi, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla şöbənin fəaliyyətində elmi-texniki nailiyyətlərin və xəzinədarlığın idarəedilməsi sahəsində normativ tənzimlənmənin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
  • Aylıq vəzifə maaşı 975
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

              Xüsusi tələblər

              • Təhsilə dair tələblər: proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti, informatika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil
              • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
              • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə),SAP, Proqramlaşdırma dilləri (Delphi, PHP) (orta səviyyədə), Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (My SQL) orta səviyyədə
              • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

              Telegram kanalımız