Şöbə müdirinin müavini (İnformasiya texnologiyaları şöbəsi)

Bakı

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin sektorları və onların işçiləri arasında qarşılıqlı fəaliyyətin qurulmasında iştirak edilməsi, sektorların işçiləri tərəfindən öz vəzifələrinin icrası barədə şöbə müdirinə mütəmadi məlumatlar verilməsi;
  • Şöbənin və sektorların qarşısında qoyulan vəzifə və tapşırıqların vaxtında və  keyfiyyətli icra edilməsinə nəzarət edilməsi;
  • Şöbənin sektorlarında iş prosesində yaranan problemlərin aradan qaldırılması üçün öz səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi;
  • Agentliyin elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak edilməsi;
  • yeni avtomatlaşdırılmış sistemlər haqqında informasiya əldə edilməsi və bu sistemlərin tətbiq planının hazırlanması;
  • Şöbəyə daxil olan məktubların və digər sənədlərin araşdırılmasını və vaxtında cavablandırılmasının təmin edilməsi, qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin, habelə şöbənin fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərinin görülməsi;
  • Şöbənin işçiləri tərəfindən əmək və icra intizamına riayət edilməsinə nəzarət edilməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.  
  • Aylıq vəzifə maaşı 895
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: kompüter elmləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, riyaziyyat, informasiya təhlükəsizliyi, informasiya-təhlil fəaliyyəti ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə),SAP, Proqramlaşdırma dilləri (Delphi, PHP) (orta səviyyədə), Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (My SQL) orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

Telegram kanalımız