Məsləhətçi (Daxili nəzarət və audit şöbəsi, Audit sektoru)

Bakı

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nazirliyin strukturlarında kompleks və tematik daxili audit yoxlamalarının aparılmasını və nəticələrinin ümumiləşdirilməsini, habelə nöqsana yol vermiş əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat, arayış və izahatlar alaraq yoxlamaların nəticələri barədə sektor müdirinə məlumat vermək;
  • audit zamanı aşkar edilmiş maliyyə pozuntuları, eləcə də mühasibat uçotunun aparılması ilə bağlı nöqsanlar haqqında arayışlar hazırlamaq;
  • auditin aparılması sahəsində beynəlxalq təcrübəni öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondundan istifadəyə və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • maliyyə intizamına ciddi əməl edilməsinə nəzarəti, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqaməti ilə bağlı Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında, ezamiyyə ilə bağlı səfərlərdə şöbəni təmsil etmək və onların işində iştirak etmək;
  • sektorun vəzifələrinə aid arayışlar, məlumatlar, hesabatlar və digər aidiyyəti sənədlər hazırlamaq;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavab məktublarının layihələrini hazırlamaq və ya bu işlərin həyata keçirilməsində iştirak etmək;
  • əmək və icra intizamına riayət etmək;
  • Sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 840
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız