Baş məsləhətçi (Elm, təhsil və insan resursları şöbəsi, Dövlət qulluğu sektoru)

Bakı

Kənd Təsərrüfatı Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsi məqsədəuyğun hesab edilən şəxsə əmək müqaviləsi hazırlamaq, habelə sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayan  şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında digər sənədləşdirmə işini həyata keçirmək;
  • dövlət qulluqçularının əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək;
  • dövlət qulluqçularının pensiya təminatı məqsədilə sosial müdafiə orqanlarına təqdim edilməsi üçün lazımi sənədlərin səlahiyyəti daxilində hazırlanmasını təmin etmək;
  • dövət qulluqçularının staj cədvəllərinin hazırlanmasını təmin etmək və hər ayın sonu müvafiq cədvəli aidiyyəti struktur bölməyə təqdim etmək;
  • İnsan Resurslarının Qeydiyyatı İnformasiya Sisteminə müvafiq məlumatları daxil etmək, məlumatları mütəmadi yoxlamaq və nəzarət etmək;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən şəxslərin təntənəli şəraitdə andiçmə mərasiminin keçirilməsini təşkil etmək;
  • dövlət qulluqçularının şəxsi işlərinin aparılmasını qanunvericiliyə uyğun olaraq həyata keçirmək, təqdim edilmiş sənədlərin tamlığını, onların qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq və şəxsi işlərin mühafizəsini təmin etmək;
  • Nazirliyin dövlət qulluqçuları barədə məlumatlarının Dövlət Qulluqçularının Reyestrinə daxil etmək;
  • dövlət qulluqçularına ixtisas dərəcələrinin qanunvericiliyə müvafiq olaraq verilməsini təmin etmək;
  • dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsabiqə, ümumi və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələri müəyyən etmək və Nazirliyin rəhbərinin bu barədə qəbul etdiyi qərarı aidiyyəti üzrə təqdim etmək;
  • «Əmək veteranı» adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələləri həll etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında, ezamiyyə ilə bağlı səfərlərdə şöbəni təmsil etmək və onların işində iştirak etmək;
  • Səlahiyyəti daxilində sektora daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavab məktublarının layihələrini hazırlamaq və ya bu işlərin həyata keçirilməsində iştirak etmək;
  • Sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 895
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız