Sektor müdiri (Nəşriyyatlarla iş sektoru)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nazirliyin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının formalaşdırılmasına və fəaliyyətinə nəzarət edir;
  • “Nəşrlərin satınalınması müsabiqəsi”ni təşkil edir;
  • kitabxana fondlarının səmərəli və sistemli şəkildə komplektləşdirilməsinə nəzarət edir;
  • müasir texnologiyaların tətbiqi ilə əlaqədar kitabxanalardan istifadə qaydalarının mütəmadi təkmilləşdirilməsi üçün tədbirlər görür;
  • kitabxanaların illik hesabatlarını təhlil edir;
  • kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasını təşkil edir;
  • nazirliyin nəşriyyat, çap işinin təşkili və nəşr planının hazırlanmasını təmin edir;
  • yüksək bədii dəyərli əsərlər yaradılması üçün dövlət sifarişlərini həyata keçirir;
  • nəşr edilmiş çap məhsullarının siqnal nüsxələrini qeydə alır və yoxlayır;
  • beynəlxalq kitab sərgilərində iştirakı təmin edir;
  • xarici ölkələrin aidiyyəti qurumları və nəşriyyatları ilə qarşılıqlı nəşr layihələrini həyata keçirir;
  • nazirliyin dəstəyi ilə çap olunan nəşriyyat məhsullarının respublika və beynəlxalq səviyyələrdə təqdimat mərasimlərini təşkil edir;
  • nazirliyin sifarişi ilə buraxılacaq nəşriyyat və çap məhsulları üzrə xidmətlərin və malların satın alınmasını təşkil edir;
  • Bakı Beynəlxalq Kitab Sərgisini təşkil edir;
  • ədəbi mükafatların təsis edilməsini və ədəbiyyat müsabiqələrini təşkil edir;
  • vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun icrasını təmin edir;
  • sektor üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir və s.
  • Aylıq vəzifə maaşı 1020
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız