Baş məsləhətçi (İnnovasiyalar və yaradıcı sənayelər sektoru)

Bakı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sektora həvalə olunmuş vəzifələrin icrasının təmin edilməsi məqsədilə tərtib edilmiş iş planların; və digər bu kimi sənədləri icra edir;  
  • Xidməti vəzifələrin icrası ilə bağlı sektor müdirinin tapşırıqlarını yerinə yetirir;
  • Sektorun fəaliyyət sahəsinə uyğun olaraq müxtəlif strateji inkişaf layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində işləri icra edir;
  • Müsbət yerli və beynəlxalq təcrübənin mədəniyyət və yaradıcı sənayelər sahəsinə tətbiqinə dair analitik məlumat və təkliflərin hazırlanması, müvafiq təhlillərin aparılması, arayış və hesabatların hazırlanması istiqamətində işləri icra edir;
  • Milli və beynəlxalq proqram və layihələrin həyata keçirilməsi, yaradıcı sənayelər və innovasiyalar sahələrinin aparıcı istiqamətləri üzrə müvafiq fəaliyyətlərin həyata keçirilməsi, bu istiqamətlərdə  proqramları hazırlayır və icra edir;
  • Nazirliyin digər şöbələri ilə inovasiyalar və yaradıcı sənayelər sahəsində həyata keçirilən birgə layihələri icra edir;
  • Fəaliyyət sahələrinə uyğun olaraq yerli və beynəlxalq tədbirlərdə iştirak edir;
  • Sektora daxil olan müraciətlərin araşdırır və cavablandırır;
  • Sektorun fəaliyyətinə dair sənədləri icra edir və s.
  • Aylıq vəzifə maaşı 895
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;

Telegram kanalımız