Dövlət orqanı aparatında şöbə müdiri (Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi)

Bakı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Beynəlxalq təcrübə nəzərə alınmaqla dövlət mədəniyyət siyasətinin hüquqi, inzibati, maliyyə, elmi-metodiki və informasiya, kadr, infrastruktur və beynəlxalq təminat mexanizmlərinin kompleks şəkildə təkmilləşdirilməsi məqsədi ilə təhlillərin aparılması və müvafiq təkliflərin irəli sürülməsində iştirak edir;
  • Ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri əsasında ümumilikdə mədəniyyət sahəsi, o cümlədən daşınmaz, daşınar və qeyri-maddi mədəni irs, peşəkar incəsənət, kinematoqrafiya, kitab dövriyyəsi və yaradıcı sənayelər kimi mədəniyyətin alt-sahələri üzrə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların, yol xəritələrinin, inkişaf layihələrinin və digər strateji sənədlərin (bundan sonra – dövlət proqramları) layihələrinin hazırlanmasının əlaqələndirilməsini həyata keçirir; 
  • Mədəniyyət sahəsi üzrə dövlət proqramlarının layihələri hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələrin aparılmasının, habelə dövlət proqramlarının layihələrinin ictimai dinləmə və müzakirələrin təşkil olunmasında iştirak edir;
  • Mədəniyyət sahəsində qüvvədə olan dövlət proqramları üzrə məlumatların sistemli toplanması yolu ilə həmin dövlət proqramlarında qarşıya qoyulmuş məqsədlər üzrə görülmüş işlərin və əldə olunmuş nəticələrin müəyyən edilmiş müddətlərdə monitorinqinin təşkil edilməsində iştirak edir;
  • Mədəniyyət sahəsi üzrə dövlət proqramlarının icrasının və nəticələrinin sistemli və obyektiv ölçülməsi və bu dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması səviyyəsinin, səmərəliliyinin, effektivliyinin, yekun nəticələrinin, uyğunluğunun və davamlılığının qiymətləndirməsinin təşkil edir;
  • Mədəniyyət sahəsində dövlət proqramlarının icra vəziyyəti, nəticələrinin monitorinqi və qiymətləndirilməsi üzrə hesabatların hazırlanmasını, habelə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanmasını təşkil edir;
  • Azərbaycan Respubliksasının tərəfdaş çıxdığı mədəniyyət sahəsinə aid beynəlxalq konvensiyalar üzrə öhdəliklərin yerinə yetirilməsində və müvafiq hesabatların hazırlanması monitorinqində iştirak edir;
  • Mədəniyyət strategiyası və mədəniyyət siyasəti üzrə beynəlxalq proqram və layihələrdə, mədəniyyətin aktual problemləri üzrə beynəlxalq konfrans, seminar, dəyirmi masa və bu kimi digər tədbirlərdə iştirak edir;
  • Şöbədə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin edir;
  • Nazirliyin rəhbərliyinin tapşırığına əsasən digər müfaviq tapşırıqları icra edir və s.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: mədəniyyət və incəsənət ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə - orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2;Rus dili-B2;

Telegram kanalımız