Dövlət orqanı aparatında şöbə müdiri (Sənəd və vətəndaşlarla iş şöbəsi)

Bakı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir.
  • Şöbənin əməkdaşları arasında vəzifə bölgüsünü aparır, əmək intizamına riayət etmələrinə nəzarət edir, onların mükafatlandırılması və intizam tənbehi tədbirləri görülməsi barədə rəhbərlik qarşısında vəsatət qaldırır;
  • Şöbənin əməkdaşlarının xidməti fəaliyyətinın qiymətləndirilməsini həyata keçirir;
  • Kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təmin edir;
  • Sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılması, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi və gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədiilə daxil olan işlərin ümumi nomenklatur siyahısının tərtibini təşkil edir;
  • Nazirlikdə arxiv sənədlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılması, uçotu, arxiv arayışların verilməsi, sənədlərin vaxtında Dövlət Arxivinə təhvil verilməsini təmin edir;
  • Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasını təmin edir;
  • Nazirliyin rəhbərliyi və Aparatının struktur bölmələrinin rəhbərləri tərəfindən vətəndaşların qəbulu cədvəlinin hazırlanmasını təmin edir və vətəndaşların qəbulunu həyata keçirir;
  • Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə, təklif və şikayətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə araşdırılması və cavablandırılmasını təmin edir;
  • Nazirliyin kargüzarlıq və elektron sənəd dövriyyəsi sisteminin idarəolunması və təkmilləşdirilməsi işini təmin edir.
  • Aylıq vəzifə maaşı 1470
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, INTERNET-dən istifadə - yüksək səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız