Baş məsləhətçi (İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Hüquq sektoru)

Bakı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Xidmətin fəaliyyət istiqamətlərinə aid qanunvericilik aktlarının təkmilləşdirilməsi, normativ hüquqi aktların layihələrinin və bu layihələrin əsaslandırılması üzrə rəy və təkliflərin hazırlanmasında iştirak edir;         
  • Xidmət tərəfindən hazırlanan normativ hüquqi aktların layihələrinin məcburi hüquqi ekspertizasının aparılmasında iştirak edir; 
  • qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması barədə sektor müdirinə və xidmət rəhbərliyinə sektor müdiri ilə razılaşdırıldıqdan sonra təkliflər verir, rəy və hüquqi mülahizələrini bildirir;
  • Xidmət tərəfindən verilməsi nəzərdə tutulan rəy, icazə və razılıqla bağlı mülahizələrini tələb və birbaşa göstəriş olduqda yazılı bildirir; 
  • icrasına daxil olan məktub və müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin edir;
  • Dövlət Xidmətinin hüquqlarını məhkəmədə müdafiə edir;
  • sektorun fəaliyyətinə aid digər vəzifələrin yerinə yetirilməsində iştirak edir;
  • sektor müdirinin tapşırığı ilə rüblük, yarımillik, illik hesabatlar hazırlayıb təqdim edir;
  • sektor müdiri tərəfindən verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Dövlət Xidmətinin rəisi tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin edir.
  • Aylıq vəzifə maaşı 675
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, internetdən istifadə və s. (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız