Sektor müdiri (Əmək siyasətinin təkmilləşdirilməsi sektoru)

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sektorun fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
  • sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
  • öz səlahiyyətləri daxilində əməyin ödənilməsi, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi sahələrində mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların fəaliyyətini əlaqələndirmək, habelə işəgötürənlərə əməyin təşkili və ödənilməsi, əməyin mühafizəsi  işinin təşkilində köməklik göstərmək;
  • əmək qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyalara uyğunlaşdırılması barədə təkliflər vermək, normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək;
  • Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və digər beynəlxalq təşkilatlarla bağlanmış müqavilələr üzrə aidiyyəti hesabatları və məlumatları hazırlamaq;
  • fəaliyyət istiqamətləri üzrə təşkilatı-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək, digər dövlət orqanları, müəssisə, idarə təşkilatlar tərəfindən hazırlanmış hüquqi akt layihələri ilə bağlı rəy vermək;  
  • öz səlahiyyətləri daxilində dövlətlərarası müqavilə layihələrinin hazırlanmasında iştirak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və sazişlərin həyata keçirilməsini təmin etmək; 
  • aidiyyəti qurumlarla birlikdə əmək sahəsi üzrə proqnozların hazırlanmasında iştirak etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək; 
  • şöbənin iş planı, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 1020
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, dövlət və ictimai münasibətlər, politologiya, riyaziyyat, hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız