Sektor müdiri (Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektoru)

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sektorun fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək;
  • sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planını və digər bu kimi sənədləri imzalamaq, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət etmək;
  • əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və reabilitasiya vasitələrinin siyahısının genişləndirilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq təkliflər hazırlamaq;
  • əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramları üzrə tibbi-sosial, psixoloji və peşə-əmək reabilitasiyanın həyata keçirilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi;
  • “Əlilliyi olan şəxslərin hüquqları" haqqında Qanunun tətbiqi ilə bağlı qanunvericilik aktlarının hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • əlilliyin sosial modeli ilə əlaqədar mütərəqqi beynəlxalq qanunvericilik təcrübəsini öyrənmək və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  • əlilliyi olan şəxslərin problemləri ilə bağlı konfrans və seminarlarda iştirak etmək, onların cəmiyyətə inteqrasiyası  ilə bağlı maarifləndirmə işləri aparmaq;
  • BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"sının icrası ilə bağlı Azərbaycan Hökumətinin dövrü hesabatını hazırlamaq; 
  • əlilliyi olan şəxslər üçün maneəsiz mühitin yaradılması və mövcud infrastrukturun əlilliyi olan şəxslər üçün müyəssər edilməsinə dair təkliflər vermək;
  • BMT-nin ixtisaslaşmış təşkilatları, Dünya Bankı, UNİCEF, British Council və digər beynəlxalq təşkilatlarla birgə layihələri hazırlamaq və tətbiq etmək, həmin təşkilatlardan daxil olan müxtəlif sorğuları cavablandırmaq, eləcə də beynəlxalq konfrans və tədbirlərdə iştirak etmək;
  • əlilliyi olan şəxslərin reabilitasiyasının təmin edilməsi ilə bağlı xüsusi proqramların hazırlanmasında iştirak etmək və bu sahəyə aid təlimlər təşkil etmək;
  • əlilliklə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması, əlilliyə görə ödənilən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak.
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
  • Aylıq vəzifə maaşı 1020
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, filologiya (dil və ədəbiyyat göstərilməklə), müalicə işi, psixologiya, hüquqşünaslıq, pediatriya, hərbi həkim işi, tibbi profilaktika, həkim yardımçısı, sosial iş, sosiologiya ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

Telegram kanalımız