Baş məsləhətçi (Dövlət qulluğu və kadr məsələləri şöbəsi, Dövlət qulluğu məsələləri sektoru)

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • əməkdaşların seçilməsi, vəzifəyə təyin edilməsi, dövlət qulluğuna xitam verilməsi, dövlət qulluqçularının rotasiyası, mükafatlandırılması, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi, habelə insan resurslarının idarə edilməsi ilə əlaqədar digər məsələlər üzrə rəy və təkliflər vermək; 
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən etmək və Nazirin bu barədə qəbul etdiyi qərarı Dövlət İmtahan Mərkəzinə təqdim etmək;
  • Nazirliyin müvafiq struktur bölmələri ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının hazırlanmasını təmin etmək;
  • Nazirlikdə çalışan dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin və qulluq stajına görə əlavələrin verilməsini təmin etmək;
  • dövlət qulluğu ilə bağlı hazırlanan normativ hüquqi aktların layihələrinin hazırlanmasında, təqdim olunmuş layihələrə rəy və təkliflərin hazırlanmasında iştirak etmək;
  • inzibati vəzifə tutan dövlət qulluqçularının qanunla müəyyən edilmiş qaydada təntənəli şəraitdə andiçmə mərasiminin keçirilməsini təşkil etmək;
  • Nazirlikdə çalışan dövlət qulluqçuları (o cümlədən, stajçı kimi, sınaq müddətinə qəbul edilmiş, müddətli müqavilə əsasında dövlət qulluğu vəzifəsi tutmuş, dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları mütəmadi olaraq tam və düzgün formada DQRİS-ə daxil etmək; 
  • vəzifə təlimatlarının və müsahibə proqramlarının Vəzifələrin İdarə Edilməsi Sisteminə (VİES) vaxtında və keyfiyyətlə işləmək; 
  • əmək müqavilələrinin bağlanılması, onlarda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə vaxtında daxil etmək;
  • dövlət qulluğu vəzifələri üzrə Nazirliyin ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin uçotunu aparmaq və onlarla işi təşkil etmək;
  • səlahiyyətləri daxilində etik davranış qaydalarına nəzarəti həyata keçirmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
  • Aylıq vəzifə maaşı 895
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, tarix müəllimliyi, jurnalistika, filologiya (dil və ədəbiyyat göstərilməklə), politologiya, tarix, hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

Telegram kanalımız