Məsləhətçi - əmək müfəttişi

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq risk qruplanının müəyyənləşdirilməsi meyarları əsasında illik yoxlama planını və yoxlama suallarını tərtib etmək, təsdiq edilməsi üçün Xidmətin rəisinə təqdim edir;
  • sahibkarın müəyyən risk qrupuna aid edilməsi barədə məlumatları və qanunvericiliklə müəyyən edilmiş digər məlumatları yoxlamaların vahid məlumat reyestrinə daxil edir;
  • elektron informasiya ehtiyatları vasitəsi ilə elektron nəzarət tədbirlərini həyata keçirmək, təhlillər aparmaq və aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görür;
  • elektron auditi həyata keçirir;
  • qanunvericiliklə müəyyən edilmiş müddət ərzində yoxlamaların aparılması və elektron audit üzrə nəticələri rəsmiləşdirir;
  • aparılmış yoxlamalar üzrə statistik təhlillər aparmaq və nəticələri haqqında hesabat verir;
  • öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edilməsi və digər məsuliyyətə cəlb olunması üçün rəhbərlik qarşısında məsələ qaldırır;
  • əmək qanunvericiliyi sisteminə daxil olan münasibətləri tənzimləyən, eləcə də Xidmətin fəaliyyəti ilə əlaqədar normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak edir;
  • fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, müəssisə, idarə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun müddətdə və qaydada baxır;
  • dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş müraciətlərə müəyyən olunmuş qaydada baxmaq və cavablandırır;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri icra edir.
  • Aylıq vəzifə maaşı 630
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur

Telegram kanalımız