Sektor müdiri (Strateji planlama və dövlət proqramları ilə iş sektoru)

Bakı

Ekologiya və təbii sərvətlər nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsində iştirak edir;
  • ekoloji siyasətin əsas prinsiplərinin və istiqamətlərinin müəyyənləşdirilməsində iştirak edir;
  • ətraf mühitin vəziyyəti haqqında təhlillər aparır;
  • strateji planlama üzrə beynəlxalq təcrübəni öyrənir və tətbiqi ilə bağlı təkliflər hazırlayır;
  • ekoloji vəziyyətin qiymətləndirilməsini həyata keçirir;
  • ətraf mühitə mövcud və gələcək riskləri müəyyənləşdirir;
  • sektorial idarəetmədə strateji planlamanı həyata keçirir;
  • sahələr üzrə Nazirliyin müvafiq qurumlarının strateji planlaşdırılmasına nəzarət edir;
  • ətraf mühit siyasəti və təbii sərvətlərdən istifadə sahəsində prioritetlərin müəyyənləşdirilməsini, strategiyaların, dövlət və milli proqramların, tədbirlər və fəaliyət planlarının və s. layihələrinin hazırlanmasını təmin edir;
  • ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə üzrə qəbul edilmiş strateji sənəd layihələrinin icrası istiqamətində illik iş planlarını tərtib edir, icrasını əlaqələndirir və həyata keçirilməsi üçün müvafiq qurumlarla birlikdə təşkilati tədbirlər görür;
  • Nazirliyin tabeli qurumlarının fəaliyyətinin yaxşılaşdırılması məqsədilə təkliflər verir, onlara metodiki köməklik göstərir;
  • ekoloji layihələrin işlənilməsi sahəsində beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və inkişaf  etdirilməsi barədə təkliflər verir;
  • ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində  planlaşdırılan, işlənən və həyata keçirilən ekoloji  layihələrin əlaqələndirilməsində iştirak edir;
  • ətraf mühit siyasəti və təbii sərvətlərdən səmərəli istifadə sahəsində qəbul edilmiş  strategiyalar, dövlət və milli proqramlar, tədbirlər və fəaliyət planlar və s. çərçivəsində görülmüş işlər barədə hesabatların hazırlanmasını təmin edir;
  • Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş fərman və sərəncamlar üzrə verilmiş aidiyyəti üzrə tapşırıqların icra vəziyyəti barədə hesabatlar hazırlayır;
  • ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində görülmüş işlər barədə Nazirlik üzrə ümumiləşdirilmiş hesabatı hazırlayır;
  • sektorun fəaliyyətini təşkil edir və əlaqələndirir;
  • daxil olan sənədlərin yüksək peşəkarlıq səviyyəsində, müəyyən olunmuş müddət ərzində, məsuliyyətlə icra olunmasını təmin edir; 
  • sektorun fəaliyyətinə dair illik hesabatların hazırlanmasına rəhbərlik edir; 
  • sektorun işinin təşkili ilə əlaqədar tapşırıqların verilməsini və işçilər arasında iş bölgüsünün həyata keçirilməsini təmin edir;
  • tabeliyində olan işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • sektorun fəaliyyətini Nazirliyin aparatının digər struktur bölmələri, habelə qurumlarla əlaqələndirir;
  • Nazirlikdə keçirilən iclaslarda, aidiyyəti müşavirələrdə və yığıncaqlarda iştirak edir;
  • rəhbərliyin tapşırığı ilə ali kateqoriya dövlət orqanlarında, nazirlik və digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarında və dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, xarici ölkələrdə Nazirliyi təmsil edir;
  • Nazirlikdə və digər qurumlarda yaradılmış komissiyalarda iştirak edir;
  • xarici ölkələrə ezam olunan əməkdaşların beynəlxalq xarakterli tədbirlərdə yüksək səviyyədə təmsil olunmaları üçün tövsiyələr verir, onların hazırlıqlı olması üçün tədbirlər görür;
  • müvafiq vəzifə və funksiyaların yerinə yetirilməsi üçün bütün hüquq və imkanlardan istifadə edir;
  • işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görür;
  • Nazirlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.
  • Aylıq vəzifə maaşı 1020
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, coğrafiya müəllimliyi, biologiya müəllimliyi, kimya və biologiya müəllimliyi , kimya müəllimliyi, ekologiya mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən yüksək səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2;İngilis dili-B2;

Telegram kanalımız