Şöbə müdirinin müavini (İdman şöbəsi)

Bakı

Gənclər və İdman Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak 
  • Ölkədə idmanın kütləviliyinin artırılması və peşəkar idmanın inkişafı məqsədi ilə tədbirlərin təşkili
  • Ölkədə idmanın inkişafı vəziyyətinin təhlili və inkişafı üzrə təkliflərin hazırlanması
  • Müvafiq idman yarışlarının təşkili və keçirilməsi 
  • İdman sahəsində fəaliyyət göstərən idman müəssisələrinin fəaliyyətinin təhlil edilməsinin təşkili 
  • İdman və bədən tərbiyəsi siyasətinin həyata keçirilməsi üzrə dövlət orqanları, idarə və  müəssisələrlə işin təşkili
  • Şöbə müdirinin müəyyənləşdirdiyi iş bölgüsünə və təlimatlara uyğun olaraq şöbədə çalışan əməkdaşların işinə nəzarət 
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün şöbə müdirinə müvafiq təqdimat verilməsi
  • Şöbənin iş planlarının və hesabatlarının tərtib edilməsi
  • Şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirilməsi və yeri gəldikdə həmin tapşırıqları əməkdaşlara həvalə edilməsi və həmin işlərin yerinə yetirilməsinə nəzarət edilməsi 
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasının təmin edilməsi
  • Şöbənin işini səmərəli təşkil edilməsi məqsədilə şöbə müdirinə təkliflərin verilməsi
  • Şöbənin Əsasnaməsinə uyğun fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), bədən tərbiyəsi və idman, məşqçi (idman növü üzrə), bədən tərbiyəsi və idmanda reabilitasiya, idman menecmenti və kommunikasiya ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız