Şöbə müdiri (Regionlarla iş və kadrlar şöbəsi)

Bakı

Gənclər və İdman Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir
  • Tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq sənədləri imzalayır, həmçinin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir
  • Nazirlikdə dövlət qulluğu sahəsinə və əmək qanunvericiliyinə dair hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir
  • Dövlət qulluğuna qəbul və vakant inzibati vəzifələrin tutulması ilə bağlı zəruri tədbirləri həyata keçirir, insan resurslarının formalaşdırılması, səmərəli idarə edilməsi və müvafiq sahənin inkişafının təmin edilməsi ilə bağlı təkliflər verir, bu istiqamətdə müvafiq tədbirlər görür
  • Nazirliyin Aparatının struktur bölmələri ilə regional idarələr, baş idarələr və Nazirliyin tabeliyində olan digər qurumlar arasında qarşılıqlı əlaqənin təmin edilməsi işini təşkil edir
  • Yerli orqanların fəaliyyətinin izlənilməsi, təhlili və bu qurumların fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır
  • Şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir
  • Aidiyyəti qurumlarla birlikdə əməkdaşların təlim ehtiyaclarını müəyyən edir peşəkarlığının artırılması, xidməti fəaliyyətin qiymətləndirilməsi,  etik davranış və əmək intizamı məsələləri üzrə tədbirlər (görüş, seminar, təlim, treninq və s.) görür
  • Nazirliyin insan resursları ilə təminatının proqnozlaşdırılmasını, işçi ehtiyatının formalaşdırılmasını, dövlət qulluqçularının şəxsi işinin aparılmasını, insan resurslarının idarə edilməsi sahəsində işlərin təşkilini və həyata keçirilməsini təmin edir
  • İnsan resurslarının idarə edilməsi, işə qəbul və onun sənədləşdirilməsi, əmək müqavilələrinin tərtibi və işçilərin işə davamiyyəti məsələlərini təşkil edir
  • Nazirliyin Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəhbərləri ilə birlikdə dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatların və müsahibə proqramlarının hazırlamasını təşkil edir
  • Əməkdaşların xidməti fəaliyyəti haqqında məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların yerləşdirilməsi, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi, dövlət qulluğu və əmək münasibətləri ilə bağlı digər məsələləri təşkil edir
  • Yeni işə qəbul olunmuş işçilərin kollektivə təqdim edilməsi və işə uyğunlaşması istiqamətində tədbirlər görür, adaptasiya proqramları hazırlayır və həyata keçirir
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin aparatının bölmələrindən, strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlarından zəruri məlumat və sənədləri alır
  • Nazirlikdə xidməti fəaliyyətin qiymətləndirilməsi işini təşkil edir və tabeliyinde olan dövlət qulluqçularının xidməti fəaliyyətini qiymətləndirilməsini həyata keçirir
  • Şöbədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı Nazirliyin rəhbərliyinə təkliflər verir
  • Dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində iştirak edir
  • Kadr işinin aparılması ilə əlaqədar hesabatların və digər zəruri sənədlərin aidiyyatı üzrə təqdim edilməsinə nəzarət edir
  • Dövlət Qulluqçularının Reyestrinə, elektron hökumət portalına və digər elektron hesabat sistemlərinə aidiyyəti məlumatların vaxtında daxil edilməsinə nəzarət edir
  • Şöbənin işçilərinin qulluq funksiyalarının icrası üçün normal iş şəraitinin yaradılmasını təmin edir
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir
  • Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir
  • Şöbəni təmsil edir
  • Vəzifə səlahiyyətlərinə uyğun olaraq Nazirliyin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirir  
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

Telegram kanalımız