Şöbə müdiri (Ümumi şöbə)

Bakı

Gənclər və İdman Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbəyə ümumi rəhbərliyin həyata keçirilməsi
  • Şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına riayət edilməsinə nəzarət edilməsi
  • Şöbəyə həvalə olunan vəzifə və funksiyaların yerinə yetirilməsi üzrə işin dəqiq təşkilinin, şöbənin işində mövcud qanunvericiliyin düzgün tətbiqinin, aparılan işlərdə dövlət sirrinin qorunmasının və məxfilik rejiminə riayət edilməsinin təmin edilməsi
  • Şöbədaxili işlərin planlaşdırılması, şöbədə kargüzarlıq işlərinin aparılmasının, daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasının təşkil edilməsi
  • Nazirliyə icra və baxılmaq üçün daxil olmuş sənədlərin və vətəndaş müraciətlərinin qanunvericiliklə müəyyən olunmuş vaxtda baxılmasınının təmin edilməsi
  • Nazirliyə daxil olan müraciətlərin və sənədlərin elektron dövriyyəsinin təmini üçün zəruri tədbirlərin görülməsi
  • Şöbənin iş planlarının və hesabatlarının hazırlanmasını təşkil etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
  • Kargüzarlığın aparılmasında təkmilləşdirməyə dair təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi və bu sahədə təhlillərin aparılması
  • Öz səlahiyyətləri çərçivəsində sənədlərin imzalanması
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün digər struktur bölmələrindən və nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan zəruri olan məlumatların və sənədlərin əldə edilməsi
  • Nazirliyin arxivi ilə bağlı aparılan işlərə ümumi nəzarətin həyata keçirilməsi
  • Şöbənin əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması
  • Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün nazirliyin rəhbərliyinə təqdimatların verilməsi
  • Şöbənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edilməsi
  • Şöbənin gördüyü işlər haqqında nazir qarşısında hesabatların verilməsi;
  • Şöbənin təmsil edilməsi
  • Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə kollegiya sənədlərinin hazırlanmasının təmin edilməsi
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələrin həyata keçirilməsi
  • Vəzifə səlahiyyətlərinə uyğun olaraq nazirliyin rəhbərliyi tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Aylıq vəzifə maaşı 1470
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: : MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız