Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Komitədə və digər dövlət qurumlarında, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Komitəni təmsil etmək, onların işində iştirak etmək.
  • Komitədə məlumat cədvəllərinin tərtib olunmasını, təhlil edilməsini, rəhbər qurumların tapşırıqlarının məlumat  bazasına ötürülməsini və görülmüş işlər barədə hesabatın hazırlanmasını təmin etmək.
  • Keçmiş məcburi köçkünlərin məişət qayğıları və sosial vəziyyəti ilə əlaqədar statistikanın həyata keçirilməsi. 
  • Müvafiq şöbə ilə birgə keçmiş məcburi köçkünlər arasından vahid aylıq müavinətin (o cümlədən yemək haqqı müavinətinin) ödənilməsi tətbiq edilənlərin siyahısının dəqiqləşdirilməsi.
  •  Müvafiq şöbə ilə birgə keçmiş məcburi köçkünlər arasından kommunal xidmət haqlarının dövlət büdcəsindən ödənilməsi tətbiq edilənlərin siyahısının dəqiqləşdirilməsi.
  • Keçmiş məcburi köçkünlər arasından təhsil haqqı dövlət büdcəsindən ödənilənlərin siyahısının dəqiqləşdirilməsi. 
  • Müvafiq şöbə ilə birgə keçmiş məcburi köçkünlər arasından mənzil – məişət şəraiti xüsusilə ağır olanların təyin edilməsi və gələcəkdə ilk növbədə yaşayış yeri ilə təmin olunmaları məqsədilə  dəqiqləşdirmə və uçot işlərinin aparılması.
  • Xüsusi imtiyazlı məcburi köçkünlərin (şəhid varisləri, qazilər, müharibə veteranları və s.) problemlərinin həlli ilə bağlı koordinasiya işində yaxından iştirakin təmin edilməsi. 
  • Keçmiş məcburi köçkünlər haqda statistik məlumatların hesabat dövrləri üzrə toplanması və onların ölkədə baş verən sosial-iqtisadi proseslərlə uyğunluğunun təmin edilməsi.
  • Keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş  ərazilərə qayıdışı ilə əlaqədar həmin regionların sosial-iqtisadi potensialını xarakterizə edən göstəriciləri aidiyyatı qurumlardan alıb, həmin regionlarda məşğulluq strategiyasının hazırlanması üçün müvafiq məlumatların hazırlanması.
  • Beynəlxalq təşkilatlar tərəfindən statistika sahəsində qəbul olunmuş metodologiya, tövsiyə, innovativ tədbirlər və digər standartları araşdırmaq, təhlil etmək və onların tətbiqinin məqsədəuyğunluğu barədə təkliflər irəli sürmək.
  • Müvafiq sahədə normativ tənzimləməni həyata keçirib, informasiya təminatı və təhlili ilə bağlı beynəlxalq təcrübəni öyrənib və onun tətbiqi ilə bağlı təkliflər hazırlamaq.
  • Şöbənin əməkdaşlarının müasir informasiya təminatı və təhlili sahəsində müxtəlif qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər tədbirlərdə iştirakı barədə təkliflər hazırlamaq.
  • Məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsində yaxından iştirak etmək.
  • Yeni salınmış qəsəbələrdə məcburi  köçkün ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında iştirak etmək.
  • Kargüzarlıq haqqında qaydalara ciddi əməl etməklə şöbəyə daxil olan ərizə və müraciətlərin vaxtında və tələb olunan müddətdə icrasına nəzarət işlərinin təşkili, sənədlərin icrası tapşırılmış şöbə əməkdaşlarına müvafiq qaydada köməklik etmək və sənədlərin yüksək keyfiyyətlə icrasına nail olmaq. 
  • İlin cari hesabat dövrləri ərzində görülmüş işlər barədə Komitə rəhbərliyinə hesabat təqdim etmək.
  • Şöbənin fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanması.
  • Şöbənin əməkdaşları arasında iş səviyyəsinin, icra intizamının, operativliyin, şəffaflığın müasir tələblər səviyyəsinə çatdırılmasını təmin etmək.
  • Aylıq vəzifə maaşı 1470
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;İngilis dili-B1;

Telegram kanalımız