Sərnişin vaqonunun bələdçisi

Bakı

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Vaqonun texniki vəziyyətinə nəzarət etmək və yolda sərnişinlərə xidmət etmək; Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; Sərnişinlərin təhlükəsiz minmə və düşməsini təmin etmək; Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl etmək;
  • Sərnişinlərin gediş sənədlərini (biletləri) yoxlamaq; Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət etmək; Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq etmək; Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət etmək; Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumat vermək; Qatar son məntəqəsinə çatdıqdan sonra vaqonu yoxlamaq, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil vermək, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə etmək, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat vermək; Labüd hallarda sərnişinlərə ilk tibbi yardım (həkimə qədər) göstərmək.
  • Ünvan Bakı şəhəri, Fikrət Əmirov küçəsi 24, Yeni vağzal binası

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Peşə təhsili
  • Hərbi mükəlləfiyyət Tələb edilmir
  • Sərnişin vaqonu bələdçiləri üçün qaydalar; Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər; Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər; Xidmət olunan sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin yerləşməsi üzrə biliklər; Bütün tiplərdən olan sərnişin vaqonlarının ümumi quruluşu, yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; Sərnişin qatarlarının xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər; Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər; Dəmir yollarında sərnişin və baqaj daşınması qaydaları, sərnişin vaqonlarının bələdçisinin təhlükəsizlik texnikası üzrə yaddaş kitabçaları üzrə biliklər; İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Kommunikabellilik
  • Müştəri yönümlülük
  • Uzun məsafəli marşrutlar üzrə sərnişin daşımalarında bələdçiliyin edilməsi, yolda uzun müddət xidmət edilməsi; 35 yaşadək xanım namizədlərə üstünlük verilir.
  • Dil bilikləri İngilis-yaxşı,Rus-yaxşı

Telegram kanalımız