Koordinasiya və beynəlxalq əlaqələr qrupunun mütəxəssisi

Bakı

Sahibkarlığın İnkişafı Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sahibkarlığın İnkişafı Fondu ilə digər qurumlar arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsində iştirak etmək;
  • Ali və mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş aidiyyəti tapşırıqların icrasında iştirak etmək;
  • Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması və təhlillərin aparılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq prosesində iştirak etmək və təkliflər vermək;
  • Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək;
  • Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Fonda daxil olan və icrası qrupa tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək;
  • Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
  • Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək.

Xüsusi tələblər

  • İqtisadiyyat, maliyyə və idarəetmə ixtisasları üzrə ali təhsil;
  • İxtisası üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Güclü iqtisadi biliklərə sahib olmaq;
  • Analitik təhlil aparmaq və problemi həlletmə qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti;
  • MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; İngilis dili biliyinin yüksək səviyyədə, Rus dili biliyinin olması arzuolunandır;
  • Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti olan şəxslərə üstünlük verilir.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız