Yükləyici sürücü(mövsümi) MKT SAATLI Filialı

Saatlı

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi təhlükəsizlik qaydalarına və prosedurlarına uyğun olaraq icra etmək;
  • Verilmiş istehsalat tapşırığı daxilində yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək və yüklərin yerini dəyişmək;
  • İdarə etdiyi texnikada istənilən zədə, nasazlıq aşkar etdikdə sahə rəhbərinə məlumat vermək;
  • Akkumulyatorların sazlığı da daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlamaq;
  • Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
  • Texnikanın və avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etməklə işə hazırlaşmaq;
  • İşlərin ardıcıllığını planlaşdırmaq;
  • Xidmət barədə hesabatı rəhbərliyə çatdırmaq;
  • Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Xüsusi tələblər

  • Əmək funksiyaları çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə sahə rəhbərinə məlumat vermək;
  • Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək;
  • Əməyin təhlükəsizliyindən ötrü bu vəzifə üçün nəzərdə tutiulan xüsusi geyim formalarını və təhlükəsiz iş şəraitinin yaradılmasını tələb etmək;
  • Bu vəzifə üçün nəzərdə tutulan SƏTƏM qaydaları üzrə təlimlərdə iştirak etmək;
  • İdarə etdiyi texnika və digər avadanlıqlar üçün nəzərədə tutulan normativ göstəricilərdən artıq yüklərin yüklənməsi, boşaldılması və daşınması barəsində tapşırıq alarsa bu barədə Baş nəqliyyat mexaniki və ya Nəqliyyat mexanikinə məlumat vermək;

Telegram kanalımız