Fermerlər üzrə operator (Bərdə)

Bərdə

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fəaliyyəti həyata keçirmək üçün fermerdən və ya rəhbərlikdən müvafiq informasiyanı əldə etmək və təşkilati prosedurlara müvafiq olaraq daxil ediləcək məlumatları emal etmək;
  • Verilənləri daxil etməmişdən öncə onları toplamaq, çeşidləmək və düzgünlüyünü təsdiqləmək;
  • Əməliyyat sənədlərini və müştəri anketlərinə dair məlumatları sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
  •  Daxil edilmiş verilənlərin tamlığını və düzgünlüyünü yoxlamaq, daxil edilmiş verilənləri mənbə sənədi ilə müqayisə etmək və səhvləri düzəltmək;
  • Məlumatların düzgünlüyünü təmin etdikdən sonra onları kompüterin yaddaşında saxlamaq və arxiv şöbəsinə göndərmək üçün hazırlamaq.
  • Müəyyən olunmuş təhlükəsizlik prosedurlarına əsasən məlumatlar bazasını yeniləmək, sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
  •  Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Xüsusi tələblər

  •  Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
  •  Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı
  •  İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı
  • İstifadəsində olan ofis avadanlıqlarının təyinatını, texniki tələblərini, xüsusiyyətlərini, istifadə qaydalarını bilməlidir
  •  Müasir məlumat emalı təcrübəsi və prosedurları haqqında biliklər
  • İş funksiyalarına uyğun olaraq tətbiqi proqramların istifadəsini bilmək
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları.

Telegram kanalımız