Sığorta satışlarının təhlili üzrə kiçik mütəxəssis

Bakı

Azersun Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satış edilməsi üçün lazım olan tələbləri yoxlamaq, işlərin görülməsi və zamanında nümayəndələrə çatdırılmasını təmin etmək;
  • Satış işçilərinin satışları üzrə yarana biləcək borc vəziyyətini nəzarətdə saxlayaraq zamanında ödənişlərin edilməsini təqib etmək;
  • Tələblər əsasında müvafiq məlumatların analizini həyata keçirilməsi, müvafiq statistik modellərin qurulması və nəticələr barədə hesabatların hazırlamaq;
  • Satış işçilərinin sığorta növləri blanklarının qeydiyyatını aparmaq;
  • Satış işçiləri üzrə təyin edilmiş hədəflər, satış göstəriciləri üzrə həftəlik, aylıq, rüblük və illik analitik hesabatların hazırlamaq;
  • Satışların prosedur çərçivəsində həyata keçirilməsinə nəzarət etmək;
  • Rəqiblərin satışla bağlı hərəkətləri və satış kampaniyaları, şirkətin bazar payı haqqında həftəlik hesabat hazırlamaq;
  • Yeni satış proyektlərin planını qurmaq və bu proyektlərdə aktiv iştirak etmək;
  • Satış Şöbəsinin işçilərinin aylıq satış fəaliyyətinə uyğun mükafat məbləğinin hesablayıb, Maliyyə Departamenti ilə dəqiqləşdirərək rəhbərliyin təsdiqinə təqdim etmək;
  • İSB-yə aylıq hesabat hazırlamaq və korlanmış, əvəzolunmuş blankların Maliyyə departamentinə təhvil vermək;
  • Şəhadətnamələrin (polislərin) dublikat və müqaviləyə xitam verilməsi haqqında Əlavələri hazırlayaraq sistem üzərindən xitam vermək;
  • Hər ay cari ayda sığorta müqaviləsinin müddəti bitən müştərilərin məlumatlarını sistemdən əldə edərək aidiyyatı nümayəndə rəhbərinə göndərilməsini təmin etmək;
  • Rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək

Xüsusi tələblər

  • Ali təhsilli olmalı;
  • Sığorta sahəsi üzrə 1 ilə qədər təcrübəsi üstünlükdür;
  • Ofis proqramlarından istifadə etməyi bacarmalı;
  • Analitik düşünmə, hesabat hazırlama  və problem həll etmə bacarığı olmalı.

Telegram kanalımız