Mühasibatlıq müdiri

Bakı

Azersun Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları tərtib etmək və nəzarətini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
  • Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət etmək;
  • Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
  • Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
  • Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək.
  • İş şərtləri:Həftə içi 5 gün, saat 09.00-18.00
  • İş yeri:Bakı şəh.

Xüsusi tələblər

  • Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Beynəlxalq mühasibatlığı bilməli (ACCA sertifikatı olması əlavə üstünlükdür);
  • MS Office, BTP, EVHF, SAP F1 hesabatlarını mükəmməl səviyyədə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız