Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək; 
  • Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla); 
  • Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq; 
  • Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
  • Növbəli iş rejimi / aylıq iş vaxtı normasına uyğun

Xüsusi tələblər

  • Siqnal işaralərini bilmək; 
  • göyərtə texniki vasitələrin idarə edilməsini; fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni; 
  • qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; 
  • gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; 
  • göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir.
  • Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili
  • Tələb olunan kompüter bilik səviyyəsi MS Office (arzuolunandır)
  • Tələb olunan xarici dil bilik səviyyəsi Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
  • Hərbi xidmətiHərbi biletin təqdim edilməsi zəruridir
Telegram kanalımız