Baş data analitiki

Bakı

PASHA Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Hesabatların təqdim edilməsi üçün tələb olunanları toplamaq üçün daxili və xarici komandalarla əməkdaşlıq etmək, data yönümlü qərarların qəbul edilməsinə kömək etmək, korporativ məlumat mərkəzi, məlumat anbarları və data vitrinləri vasitəsilə hesabat təqdim etmək üçün etibarlı mənbələrdən data əldə etməyə çalışmaq
  • Biznes və texnologiya tərəfdaşları tərəfindən qərarların qəbul edilməsi üçün Qərarların təhlilinə dair tövsiyələr (DAR) hazırlamaq və təqdim etmək
  • "Data mayninq" və statistik metodları (yəni, saxlanılma modelləri, müştərilərin seqmentləşdirilməsi modelləri, proqnozlaşdırma) tətbiq etmək;
  • Strukturlaşdırılmamış biznes suallarını kəmiyyət məsələlərinə çevirmək;
  • Data qanunauyğunluqları və tendensiyalarını müəyyən etmək və biznesin planlaşdırılması, prosesin təkmilləşdirilməsi, həll variantlarının qiymətləndirilməsi və s. üçün biznes qərarları qəbuletmə imkanlarını genişləndirmək üçün hərtərəfli məlumat təqdim etmək;
  • Hədəflərin müəyyən edilməsi və seqmentləşdirmə strategiyalarını idarə etdirmək üçün datanı istehlakçı və ya müştəri davranışına dair informasiyaya çevirmək və əldə edilmiş bütün nəticələri aydın və effektiv şəkildə biznes tərəfdaşlarına və yüksək rəhbərliyə çatdırmaq;
  • Data analitikası üzrə nəticələrin reallaşdırılması üçün bütün biznes funksiyaları ilə sıx əməkdaşlıq etmək;
  • Holdinqin üst rəhbərliyi ilə birlikdə siz imkanlar axtarıb tapacaq və ya gəlirləri artıracaq, riskləri idarə edəcək və portfelimizi optimallaşdıracaqsınız;

Xüsusi tələblər

  • Uzunmüddətli əlaqələr qurmaq, qərarların qəbul edilməsini asanlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və riskləri münasib qaydada aradan qaldırmaq üçün maraqlı tərəflərin idarə edilməsi və ünsiyyət qurma ilə əlaqədar mükəmməl bacarıqlar;
  • Data analitikası, data mayninq, statistik modelləşdirmə, proqnoz analitika, "növbəti alınmalı məhsul" modeli, maşın öyrənməsi və ya data elmi ilə əlaqədar iş sahəsində təcrübə;
  • Big Data-nın hazırlanmasına aid geniş təcrübə və Python və əlaqəli analitik kitabxanalar ilə əlaqədar praktiki biliklər;
  • Tableau proqramı, hesabat və ya digər vizuallaşdırma vasitələri ilə iş təcrübəsi;
  • Statistik metodlar, qərar qəbuletmə prosesinə aid modellər, k-orta üzrə klasterləşdirmə, logistik reqressiya, Neyroşəbəkə, "təsadüfi meşə", xgboost və s. tətbiq edilməsi ilə əlaqədar təcrübə;
  • Maşın öyrənməsi/dərin öyrənmə modelinin işlənib hazırlanması və görmə üzrə tənzimləməsi, NLP ilə əlaqədar real layihə təcrübəsi və bilikləri üstünlük hesab olunacaq
  • Maliyyə, bank və sığorta məhsulları və xidmətləri haqqında biliklər
  • Ərzaq məhsulları, onlayn bazar və s. kimi qeyri-maliyyə məhsul və xidmətləri haqqında biliklər

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız