Tornaçı

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Universal torna dəzgahlarında böyük saylı keçidləri, emal etmək və ölçmək üçün çətin əlçatan yerləri olan, kombinasiyalı bərkitməni və müxtəlif səthlərdə yüksək dəqiq yoxlamanı tələb edən xüsusən mürəkkəb eksperimantal və bahalı detalların və alətin, 1-5-ci kvalitetlər(1-2-ci dərəcələri) üzrə torna emalı və tamamlanması;
  • Bir neçə qovuşan səthləri olan xüsusən mürəkkəb müxtəlif konfiqurasiyalı xüsusi alətin 5-ci kvalitet(1-ci dəqiqlik dərəcəsi) üzrə tamamlanması və pardaqlanması;
  • Hər cür modulu və addımı olan xüsusi mürəkkəb profilli məsul çox girişli yivlərin açılması açılması;
  • 6-7-ci dəqiqlik səviyyləri üzrə vint profilinin bütünlüklə kəsilməsi;
  • Deformasiyaya uğraya bilən xüsusən mürəkkəb iriqabaritli, məsul detalların, qovşaqların və nazikdivar uzun detalların universal və unikal torna dəzgahlarında torna emalı;
  • Yeni yayma valın torna emalı, işlənmişin yenidən yonulması, xüsusən mürəkkəb profilin kalibrləşməsi, o cümlədən birləşdirilmiş plazma-mexaniki emal metodu ilə çətin emal olunan yüksək legirlənmiş, hərarətədavamlı materiallardan olan detalların və alətin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsi.
  • Xarici və daxili fasonlu səthlərin, əyrixət silindrik səthlərlə qovuşan, emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan səthlərin yonulması;
  • Mürəkkəb iri qabaritli detalların və qovşaqların universal avadanlıqda torna emalı.

Xüsusi tələblər

  • Peşə təhsili Müvafiq sahə üzrə
  • 1 İl Müvafiq sahə üzrə Sahə üzrə iş təcrübəsi
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını;
  • Xüsusən mürəkkəb detalların qurulma, bərkitmə və yoxlama üsulların və emalın texnoloji ardıcıllığını, müəyyən etmə metodlarını;
  • Bütün növlərdən olan normal və xüsusi kəsici alətin quruluşunu, həndəsənin və termiki emalı, itilinməsi və tamamlanması qaydalarını;
  • Verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını;
  • Plazma-mexaniki, emal qoyulan tələbləri və bu metiodda tətbiq olunan xüsusi tərtibatların tətbiqi şərtlərini;
  • Xüsusən mürəkkəb profillərin kalibrləşməsində əsas prinsipləri;
  • Soraq kitabçaları və dəzgahın pasportu üzrə ən səmərəli kəsmə rejimlərin müəyyən etmə qaydalarını;
  • Gördüyü işin həcmində metal kəsmə nəzəriyyəsinin əsaslarını;
  • Mürəkkəb profilləri kalibrləmə üsullarını;
  • Detalların qurulma və yoxlama üsullarını;
  • Mürəkkəb nəzarət-ölçü alət və cihazları kökləmə və tənzimləmə qaydalarını;
  • Xüsusən mürəkkəb və məsul torna işlərinin yetirilməsi ilə bağlı hesablamaları. 

Telegram kanalımız