Mühəndis (Şamaxı rayonu, ASAN xidmət)

Şamaxı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin respublika ASAN xidmət mərkəzlərində smart tipli sayğaclar ilə təchiz olunmuş abonentlərə müvafiq xidmət göstərmək;
  • ASAN xidmət mərkəzlərinə daxil olan müraciətləri nəzərdən keçirmək, tələb olunan tam dəstəyi qaz istismarı Sahələrinə və eyni zamanda abonentlərə göstərmək;
  • Gündəlik olaraq ASAN xidmət mərkəzlərinə müraciət edən abonentlərin sorğuları və digər məlumatları haqqında hesabatın elektron şəkildə rəhbərliyə çatdırılmasını təmin etmək;
  • Abonentləri müvafiq təlimatlar, məlumatlar və istifadə qaydalarını izah edən smart sayğacların təlimat broşurları ilə təmin etmək;
  • Müəyyən edilmiş hesabatları vaxtında və aidiyyəti üzrə təqdim etmək;
  • Smart tipli sayğaclar ilə təchiz olunmuş abonentlərin idarəedilməsini həyata keçirmək üçün müvafiq şöbələr ilə birgə 3E, AGİS, ERM, SOCAR Payment, Electromed, SOCAR İT sorğu, Talexus, Crystal Report, OSMP, SAP və GasReport kimi proqram təminatlarından mükəmməl istifadə olunmasını, proqramlardan istifadə edəcək şəxslərə istifadə məsuliyyətindən asılı olaraq müvafiq istifadə hüququnun verilməsini, istifadə zamanı problemlərin mövcud olduğu halda aradan qaldırılmasını müvafiq şöbələr ilə əlaqəli şəkildə təmin etmək;
  • Abonentlər tərəfindən daxil olan müraciətləri nəzərdən keçirmək, müraciətlərin formatından asılı olaraq müvafiq müddət ərzində tələb olunan tam dəstəyi abonentlərə göstərmək;
  • Mütəmadi olaraq Smart tipli sayğacların tətbiqi və nəzarəti şöbəsi tərəfindən innovasiyalar ilə bağlı məlumatların əldə olunması və müvafiq iş prosesində bu yeniliklərin tətbiq edilməsi məqsədi ilə təşkil olunan təlimlərdə iştirak etmək, eyni zamanda bu iclaslarda mövcud olan sualları cavablandırmaq şərti ilə onların bütün problemləri ilə tanış olmaq;
  • Abonentlərə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədi ilə abonentlər arasında sorğu blankları vasitəsi ilə sorğular keçirmək, işin səmərəliyinin və keyfiyyətinin artırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • Birliyin rəhbərliyinin istəyinə uyğun olaraq tələb olunan hesabatları hazırlamaq;
  • Gündəlik olaraq abonentlərə göstərilən xidmətlər haqqında olan hesabat məlumatını elektron şəkildə müvafiq qaydada çatdırılmasını təmin etmək; 
  • Yeni ayın ilk 5 (beş) iş günü ərzində qəbul olunmuş formata uyğun olaraq hesabatların hazırlanması, müvafiq şöbə rəhbərliyinə, məsul şəxslərə, Birliyin rəhbərliyinə elektron və rəsmi şəkildə tərtib və təsdiq edərək çatdırılmasını təmin etmək;
  • Müəyyən edilmiş digər hesabatları vaxtında və aidiyyəti üzrə təqdim etmək.

Xüsusi tələblər

  • Ali bakalavr Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Şifahi özünüifadə
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft Word
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin ASAN xidmət mərkəzlərinin iş prinsipini;
  • “ASAN xidmət” mərkəzlərində fəaliyyətin tənzimlənməsi və davranış qaydalarını;
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Çağrı” mərkəzinin fəaliyyətini;
  • Agentliyin normativ hüquqi aktlarının layihələri haqqında məlumatlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
  • “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
  • Əhali və qeyri-əhali abonentləri ilə qaz təchizatı barədə müqavilələrin bağlanması qaydalarını;
  • 3E, AGIS, GASREPORT, SMART PAYMENT kimi proqram təminatlarını iş prosesində tətbiq etməyi.

Telegram kanalımız