“Buxar Mühəndislik” müəssisəsinin əsası 1971-ci ildə qoyularaq Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində qazanxanaların təmiri və quraşdırılması ixtisası üzrə Təmir Tikinti Bazası kimi fəaliyyətə başlayıb.
1994-cü ildə Təmir-Tikinti Bazasının əsasında onun hüquqi varisi olan “Buxar Mühəndislik” şirkəti hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
Buxar ixtisaslaşdığı qazanxanaların təmiri və quraşdırılması sahələrində fəaliyyətini davam etdirərək təhsil, səhiyyə, sənaye, təsərrüfat sahələri üzrə müxtəlif uğurlu layihələr həyata keçirib.