Xəbərlər

Azərbaycanda bu şəxslər də vergi qeydiyyatına alınacaqlar

Azərbaycanda bu şəxslər də vergi qeydiyyatına alınacaqlar

Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata alınacaqlar.Banker.az xəbər verir ki,  bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.Qanun layihəsinə əsasən, frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə biləcəklər.Qeyd edək ki, frilanser dedikdə muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs, rəqəmsal səyyah dedikdə isə rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə tutulacaq.Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bu universitet müəllim vakansiyası elan edir

Bu universitet müəllim vakansiyası elan edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə yüksək ixtisaslı və peşəkar kadrların tədris və elmi fəaliyyətə cəlb olunması məqsədilə 2026–2027-ci tədris ili üçün kafedralar üzrə vakant tam ştat, yarım ştat və saathesabı qaydada məşğulluq forması ilə professor-müəllim vəzifələrinə müddətli əmək müqaviləsi əsasında müsabiqə elan edir.

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN