Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – RƏSMİ

News

Azərbaycanda ən çox maaşı bu sahədə çalışanlar alır – RƏSMİ

2026-cı ilin yanvar-aprel aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artaraq 1172,1 manat təşkil etmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 4534,6 manat, qeyri neft-qaz sektorunda 1111,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1152,5 manat, özəl müəssisələrdə isə 1191,3 manat olmuşdur.

Mədənçıxarma sənayesində (4 327,8 manat), maliyyə və sığorta fəaliyyəti (3 261,5 manat), informasiya və rabitə (2 158,8 manat), peşə, elmi və texniki fəaliyyət (1 989,9 manat), eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində (1 559,2 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Telegram kanalımız