Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

News

Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq? - VİDEO

Məzuniyyət ödənişlərinin hesablanması qaydasında yenilik bu ilin əvvəlində qüvvəyə minib. Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması nəticəsində alınan məbləğ işçinin sonuncu əməkhaqqından az olmamalıdır.

Yəni bu zaman işçinin məzuniyyətə getdiyi vaxtda qüvvədə olan əmək müqaviləsində müəyyən edilən əməkhaqqı nəzərdə tutulur.

Millət vəkili Azər Badamov məsələni belə şərh edib: "Əvvəlki qaydalarla məzuniyyətlər hesablananda son 12 ayın ortaaylıq əməkhaqqına əsasən məzuniyyət pulu hesablanırdı. Amma bu dəyişikliklərdən sonra isə bu son 12 ayın tərkibində işləyənin günahı olmadan əgər hər hansı bir ayda əməkhaqqında azalma baş verirsə, bu, nəzərə alınmayacaq və aylıq əməkhaqqına əsasən məzuniyyət pulu hesablanacaq".

Mütəxəssislərin sözlərinə görə, yeni qayda xüsusilə son 12 ayda maaşı artırılan işçilərin daha az məzuniyyət pulu almasının qarşısını almağa imkan verir. Yəni işçi məzuniyyət dövründə gəlir itkisi ilə üzləşmir. Hesablanma qaydası isə əslində eynidir.


Məzuniyyət ödənişlərinin hesablanma qaydalarında dəyişiklik işçiyə nə qazandıracaq?

Telegram kanalımız