İ. Məmmədov küç. 1, Suraxanı qəs. AZ1042, Bakı, Azərbaycan
ATEF Şirkətlər Qrupu Azərbaycanda və onun hüdudlarından kənarda enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində zəngin tarixə malikdir.1961-ci ildə Bakıda ilk transformator zavodumuzun fəaliyyətə başladığı gündən etibarən, əsas məqsədimiz premium keyfiyyətli, etibarlı məhsullar istehsal etmək olub. Bu iş prinsipi bu gün də ATEF Şirkətlər Qrupunun biznes-modelində prioritet olaraq qalır.