Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, A.Zeynallı küçəsi, 20/85
Qədim Bakının tarixi-memarlıq cövhəri olan İçərişəhər daim Ulu Öndərin mədəni sferadakı çoxşaxəli fəaliyyətinin diqqət mərkəzində olmuşdur. Məhz onun uzaqgörən siyasətinin məntiqli davamı olaraq İçərişəhərin qorunması istiqamətində 10 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı.16 may 2007-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi təsdiq edildi. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq-şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunması idi.İdarənin fəaliyyəti müddətində ərazidə aparılan bütün işlər nəzarət altına alındı - ilk növbədə abidə və tarixi binaların inventarizasiyası aparıldı, ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı mühüm işlər görüldü və ən əsası – İçərişəhərin Baş Planının hazırlanması prosesinə start verildi.