Aqroservis ASC

AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov, 1965

0

Şirkət haqqında

“Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.Səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsus olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yarandığı vaxt onun fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirmişdir.“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 iyul tarixli 392 nömrəli Sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilmişdir.“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən əsas məqsəd aqrar bölmənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək olmuşdur. Sonradan Azərbaycan Respublikası Prezidentinin 2007- 2009-cu illərdə imzaladığı müvafiq sərəncamlara əsasən onun fəaliyyət istiqamətləri daha da genişləndirilmişdir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız