Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası

Bakı şəhəri, Cəfər Cabbarlı küç 609 Qlobus biznes mərkəzi, 7-ci mərtəbə

0

Şirkət haqqında

Azərbaycanın müasir innovasiya məkanına çevrilməsi, rəqəmsallaşma və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin inkişafı kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin genişlənməsini şərtləndirir. Dövlət və özəl sektorda fəaliyyət göstərən ictimai əhəmiyyətli infrastrukturlarda ciddi təhlükəsizlik boşluqları və onların aradan qaldırılmasına imkan verəcək mütəxəssislərin azlığı nəzərə çarpır.Bu problemlərin aradan qaldırılması, ölkədə kibertəhlükəsizlik mühitinin yaradılması və mərkəzləşmiş davamlı fəaliyyətlərin icrası məqsədilə, kibertəhlükəsizlik sahəsindəki ehtiyacları və beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasını yaratdıq. 22 fevral 2022-ci il tarixində təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platforması, gələcəyə təhlükəsiz baxışın təminatçısıdır.AKTA olaraq kibertəhlükəsizlik sahəsində uyğun təşkilatları və şəxsləri Assosiasiyada “dəmir yumruq” kimi birləşdirib ölkəmizdə kibertəhlükəsizlik mühitini gücləndirməkdir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız