Bakelektro

Ziya Bünyadov prospekti 11, 2062-ci məhəllə, Bakı AZ1029, Azərbaycan Respublikası

0

Şirkət haqqında

“Bakelektro” Açıq Səhmdar Cəmiyyəti 1998-ci il 4 mart tarixində 70 ildən artıq fəaliyyət göstərən “Azərsənayəelektrikquraşdırma” trestinin bazasında yaradılaraq fəaliyyətə başlamışdır.Şirkətimiz iri və kiçik həcmli zavod və fabriklər, sənaye və iaşə obyektləri, metro stansiyaları, hava limanları, mehmanxana və çoxmərtəbəli iş mərkəzləri, yaşayış binaları, idman və konsert kompleksləri və stadionların daxili və xarici elektrik təchizatı, orta gərginlikli elektrik sistemlərinin (orta gərginlikli yuvalar, transformatorlar, orta gərginlikli enerji paylama sistemləri, hava xətləri), alçaq gərginlikli enerji paylama sistemlərinin (alçaq gərginlikli enerji paylama panoları, daxili və xarici işıqlandırma, BusBar sistemi, kabel xətləri və kompensasiya sistemi), zəif axın sistemlərinin (yanğın aşkarlama və həyəcan sistemi, telefon, data sistemləri, ümumi səsləndirmə və təcili anons sistemi, SMATV, IP TV sistemi, təhlükəsizlik və qapalı dövrə kamera sistemi, avtopark giriş-çıxış sistemi, interkom sistemi, xəstəxana idarəetmə sistemi, tibb bacısı çağrı sistemi, mərkəzi saat sistemi, fərdi çağırış sistemi,bank növbə sistemləri, vizual səs sistemləri, konfrans və təqdimat sistemləri), torpaqlama sistemlərinin (ildırımdan qorunma və torpaqlama sistemləri), avtomatika sistemlərinin(enerji nəzarəti sistemləri, bina avtomatika sistemi, işıqlandırma avtomatika sistemi, SCADA) quraşdırılması və servisinin yerinə yetirlməsində, həmçinin 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası üzrə 20 ilə yaxın dolğun təcrübəyə malikdir. Bugünədək həyata keçirdiyimiz çoxsaylı dövlət və qeyri-dövlət layihələri haqqında veb-səhifəmizin layihələr bölməsinə daxil olaraq daha təfsilatlı məlumatlar əldə edə bilərsiniz.“Bakelektro” ASC fəaliyyət göstərdiyi sahədə rəğbət qazanaraq peşəkar, etibarlı və rəqibsiz olmasının səbəbi öz sahəsində peşəkar və yenilik təşəbbüskarı olan komandaya malik olması, eyni zamanda ən son beynəlxalq tələblərə cavab verən avadanlıqlar istehsalçı olan dünyanın qabacıq şirkətləri ilə tərəfdaşlıq etməsidir. Avropanın qabaqcıl şirkətlərindən olan “Siemens AG” , “Schneider Electric”, "Alstom", “ABB”, “EAE” şirkətimizin rəsmi tərəfdaşlarıdır və bu şirkətlərin təşkil etdiyi təlimlərdə iştirak etməklə mühəndislərimiz qabaqcıl şirkətlərin təcrübəsini və inovasiyalarını ölkəmizdə də uğurla tətbiq edirlər.“Bakelektro” ASC Prizma Sistemlərinin quraşdırılması üzrə nüfuzlu "Schneider Electric" şirkətinin Azərbaycan Respublikasında səlahiyyətli tərəfdaşıdır və bu şirkət tərəfindən verilmiş sertifikat əsasında IEC 61439-1&2 standartlarına uyğun tip testli Prizma panel sistemlərinin istehsalını və 6/24 kV-luq SM-6 orta gərginlikli yuvaların istehsalı və quraşdırılmasına səlahiyyət verən sertifikatı əsasında yüksək keyfiyyətli yuvaların istehsalını həyata keçirir.Şirkətimiz həmçinin elektrik panellərinin, yarımstansiyaların və elektrik avadanlıqlarının quraşdırılması və təmiri, binaların, yolların və körpülərin işıqlandırma sisteminin quraşdırılması üzrə beynəlxalq DNV GL sertifikatına, Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsis edilən ISO və OHSAS sertifikatlarına, "ABB" şirkətinin 6/10kV-luq orta gərginlikli yuvaların istehsalı və quraşdırılmasına hüquq verən sertifikatına və bununla yanaşı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş energetika obyektlərinin, avadanlıqlarının quraşdırılması, sazlanması və təmirini həyata keçirtməyə icazə verən lisenziyaya uyğun olaraq fəaliyyət göstərir.Şirkət Avropanın aparıcı şirkətlərindən olan "Siemens AG"nin Azərbaycanda SIVACON Texnologiyası üzrə rəsmi tərəfdaşıdır və ölkəmizdə SIVACON tipli sınaqdan keçirilmiş alçaq gərginlikli paylayıcı lövhələr istehsalına səlahiyyət verən sertifikata malikdir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız