Carçıoğlu Group

Xocalı pr. 84D, AZ1025 Bakı, Azərbaycan

0

Şirkət haqqında

"Dinçer və Carçıoğlu" BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkətimiz qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. “Dinçer və Carçıoğlu” BM-i Avropa və qonşu ölkələrin dünya bazarındakı mühüm şirkətlərinin Azərbaycanda rəsmi distribüteridir.Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar “Dinçer və Carçıoğlu” BM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Bunun nəticəsi olaraq şirkətimiz yüzlərlə işçi kadrların sahibidir. Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz dövlətlər siyahısına Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Belarusiya, Finlandiya, Estoniya, İtaliya və digər dövlətlər daxildir.Müəssisə olaraq əsas dəyərlərimiz keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif etməkdir. Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımızı yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək şirkətimizin əsas prinsipləridir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız