Mərdəkan şosesi, Şüvəlan yolu., Khazar Raion, AZ
Şəhərin kənarında kəndsayağı restoran.Dükkan təbii kənd məhsulları əsasında xidmət göstərən və bu məhsulların satışını həyata keçirən restorandır. Restoran qonaqlarına şəhəri tərk etmədən 100% orqanik məhsullar əldə etmək imkanı verir.Bu məkan həm tam təbii kənd məhsullarını əldə edə biləcəyiniz bir Dükkan, həm də istirahət zamanlarınızı dostlarınız,yaxınlarlnız ailəniz ilə birlikdə ləzzətli yeməklərdən zövq alaraq keçirə biləcəyiniz bir restorandır.Kim istəməz ki isti təndir çörəyinin xırçıltısını eşitmək, saf balın dadına baxmaq, sacdan isti-isti qutab yemək, əsl samovar çayı içmək, kəndin havasını Bakıda hiss etmək. Kim bunları və daha çoxunu eyni məkanda görmək, dadmaq, yaşamaq istəməz. Əgər sizin də istədiyiniz bunlardırsa, Dükkan sizin axtardığınız məkandır. Daha mükəmməl xidmət üçün əvvəldən rezervasiya etməyi unutmayın.