Günay Sığorta

Bakı şəhəri, Yasamal rayonu, AZ1065, İnşaatçılar prospekti 75C

0

Şirkət haqqında

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 29 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.Şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.Bizim sığortaçılıq anlayışımız müştəri yönümlü yanaşma ilə güvənə və ədalətə əsaslanan şəffaf və mütərəqqi sığorta xidməti göstərməkdir. Məqsədimiz sürətlə yox, keyfiyyətlə böyümək və pərakəndə sığorta bazarında ən arzuolunan şirkət olmaqdır."Günay Sığorta" ASC-nın müştərilərinə göstərdiyi yüksək və operativ xidmət onun sığorta bazarında möhkəmlənməsinə, xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli və güvənli əməkdaşlıq qurmasına səbəb olmuşdur. Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərmiş, dünyanın tanınmış sığorta və təkrar sığorta şirkətlərindən olan "Zurich", "Allianz Türkiye", "İnqosstrach", "Azre Təkrarsığorta" və s. kimi böyük şirkətləri ilə əməkdaşlığını davam etdirməkdədir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız