Mado

Səbail r., Nigar Rəfibəyli 49a, Fəvvarələr meydanı.

0

Şirkət haqqında

MADO-nun bir dünya brendinə çevrilmə yolundakı ilk əhəmiyyətli addımı Yaşar şirniyyat evi ilə başlayır. 150 illik təcrübənin dünya miqyasında bir brend kimi hərtərəfli və olduqca effektiv bir şəkildə təmsil edilməsində Yaşar şirniyyat evi önəmli rol oynayır. Belə ki bu məkan təbiətin comərdliyi ilə insan əməyinin və səbrinin dondurma sevərlərlə görüşdüyü ilk məkana çevrilir.1965-ci ildə Kahramanmaraşda açılan buz fabriki bölgə üçün əhəmiyyətli olduğu qədər MADO üçün də əhəmiyyətli olur. Kiçik dükan böyüdülür və istehsal gücü daha da artırılır. Elə həmin ildən dükana "deep freze" soyuducularının gətirilməsi sayəsində dondurma gecə-gündüz saxlanılmağa başlanılır. Bu təkmilləşdirilmə prosesləri MADO-nun dadından və keyfiyyətindən heç bir şey əskiltmir. MADO dondurmasının bugünkü məşhurluğa qovuşmasına beşiklik edən şirniyyat evi 1980-ci ildə Trabzon küçəsində açılır.Texnologiya ilə olan bu ilk görüşmənin ardından MADO bu gün dadından, keyfiyyətindən, tərkibindən heç bir şey itirmədən dünya səviyyəsində bir brendə çevrilib.Sözü gedən şirniyyat evi bölgəyə xas vasitələrlə hazırlanan döymə dondurmasını təqdim edir. Bununla yanaşı Kahramanmaraş mətbəxi və bölgə mədəniyyətini təmsil edən əl sənətləri sərgisi vəzifəsini də öz öhdəsinə götürür. Bu şirniyyat evi həmçinin ziyarətçi foto şəkillərlə divarlarını örtdüyü, ailə yadigarı olan köhnə əşyaların sərgiləndiyi bir muzey kimi də qiymətlidir. Bu xüsusiyyəti ilə bölgəni tanımaq istəyən yerli və xarici turistlərin vaz keçilməz məkanı olan şirniyyat evində MADO dondurmasını məşhur edən bir sirrin macərası da sərgilənir. Dünyada MADO dondurmasına şöhrət gətirən "döymə ustalığı" Yaşar şirniyyat evinə qonaq olanlara özünəməxsus şou ilə göstərilir. Dondurmanın sərt və qatı bir tərkibə sahib olmasının ipucları folklorik məlumatlarla ötürülür.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız