Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası

Kral Hüseyn 64B, Bakı, Azərbaycan

0

Şirkət haqqında

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası 21 iyun 2019-cu il tarixdə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təsis edilmişdir. AOPE 02 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müvafiq qeydiyyata alınmışdır. İctimai Birliyin ingilis dilində adı “Association of Organic Producers and Exporters”dir.
AOPE-nin əsas məqsədi Azərbaycanda ekoloji təmiz məhsulların yetişdirilməsi, emalı, istehsalının inkişafına və ixracına dəstək verməkdir. AOPE ekoloji təmiz məhsul istehsalını artırmaq məqsədi ilə ekoloji təmiz məhsul istehsalı sahəsində qabaqcıl ölkələrin nailiyyətlərini öyrənmək və ölkəmizdə bunu təşviq etmək üçün tədbirlər həyata keçirməkdir. Bu məqsədlə ilk tədbir 31.10.2019-cu ilə AZPROMO-nun dəstəyi ilə baş tutdu. Tədbirdə bir çox assosiasiya, dövlət qrumları və organik qida istehsalçıları yaxından iştirak etdilər. 18 dekabr tarixində AOPE-nin təşkilatçılığı ilə “Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı” mövzusunda daha böyük bir konfrans keçirildi. Konfransın gedişində Azərbaycan Arıçılar Assosiasiyası, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, İstehlakçıların hüquqlarının müdafiəsi İctimai Birliyi ilə beştərəfli əməkdaşlıq memorandumu imzalandı. Əsas məqsədimiz ənənəvi kənd təsərrüfatından orqanik kənd təsərrüfatına keçid dövrünün elementləri barədə fermerləri məlumatlandırmaqdır.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız