TBİLİSİ PROSPEKTİ 1055/ 10, AZ1122, BAKİ AZƏRBAYCAN
2009-cu ildə AZ AV Lines MMC şirkətinin ətrafında inşaat və istehsalat işlərinin həyata keçirilməsi sahəsində ixtisaslaşmış ayrı-ayrı törəmə müəssisələr formalaşmışdır. Bu müəssisələrdən biri də AZ AVS QSC şirkətidir. Şirkətlər qrupunun yüksəlişi və inkişafı sayəsində, holdinqə məxsus bizneslərinin effektiv şəkildə idarə olunması və investisiya fəaliyyətinin icra edilməsi məqsədilə 2021-ci ildə AZ AV GROUP idarəetmə şirkəti təsis edilmişdir.Bu gün AZ AV Group innovativ qərarlara malik və yerli bazarın aparıcı oyunçuları ilə əməkdaşlıq edən bir şirkət rolunu oynayır. Bu sayədə şirkət Azərbaycanda ən böyük və strateji əhəmiyyətli layihələrin əsasını qoyan, onları layihələndirən və gerçəkləşdirən bir müəssisəyə çevrilmişdir. Hal-hazırda AZ AV şirkətlər qrupuna 3 müstəqil şirkət daxildir: AZ AV Lines, AZ AVS QSC və AZ AV Projecting, Engineering & Consulting.