SIREN TRADING MMC

0

Şirkət haqqında

«SIREN TRADING» MMC
Azərbaycan Respublikası ərazisində fəaliyyətinə
9 may 2008-ci ildən qida məhsullarının idxalçısı kimi başladı.
Həmin tarixdən etibarən nailiyyətləri, zəngin təcrübə ilə dolu fəaliyyəti müqabilində şirkət bir çox dəyişikliklər həyata keçirmiş və nəticə etibarı ilə SIREN TRADING ölkənin qeyri-neft sektorunda tanınmış distribüter şirkətlərindən birinə çevrilmişdir. Bakıda bir ofislə fəaliyyətə başlamış şirkət müəyyən zaman kəsiyindən sonra ölkənin strateji cəhətdən ikinci böyük şəhəri olan Gəncədə regional ofisini açmağa müvəffəq olmuşdur. Qeyd edilən regional ofisin açılması şirkətə olduqca mühüm əhəmiyyət kəsb edən digər ətraf rayonları da (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Goranboy, Mingəçevir, Yevlax, Bərdə və s.) keyfiyyətli qida və qeyri-qida məhsulları ilə təmin etməklə yanaşı, işlərimizin daha səmərəli və effektiv formalaşdırılmasını şərtləndirdi, müştərilərimizə daha yaxşı xidmətlər təklif etməklə, onlarla daha yaxın təmasda olmağımıza imkan yaratdı. Qarşımızda duran əsas prioritet vəzifələr siyahısında digər regionlarda ofislərimizin yaradılması və bunun müqabilində regionlarda yeni iş yerlərinin açılmasıdır.

Aktiv vakansiyalar

3 vakansiya

Sürücü

Bakı

 
  • 400 AZN

 
  • 700 - 800 AZN

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız